Ölkə futbolu

Hakimlər Komitəsi PFL-in tabeliyindən çıxarıldı

14.09.2018 , 14:56

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.

– Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuchlik yeni strukturun rəhbəri təyin olunsun.

– Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.

– Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.

– Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.

2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:

– Əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilsin.  Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.

Son yazılar

Yuxarı