Bu gün “İnter Arena” stadionunda Hakimlər Komitəsinin üzvləri İnqilab Məmmədov və Mübariz Həşimzadənin iştirakı ilə “Keşlə”nin futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub.
Seminarda hakimlik məsələləri və oyun qaydaları barədə ətraflı məlumat verilib. Toplantıda “Keşlə”nin baş məşqçisi Yuri Maksimov da iştirak edib.
