“Hakimlər bir az diqqətli olsalar yaxşıdır” – Elmar Baxşıyev
22.05.2023 , 20:01
Azərbaycan Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, mütəxəssis heç-heçə ilə bitən oyunu belə şərh edib:
“Dördüncü yeri bu oyunda təmin etmək imkanımızın olduğunu bilirdik. Komanda bunu dərk edirdi. Bilirdik ki, bizi ağır oyun gözləyir. “Şamaxı”ya da xal lazımdır. Düşünürəm ki, epizodları yaratdıq, amma dəyərləndirməkdə çətinlik çəkdik. Bir matçımız qalıb. Həmin görüşə hazırlaşmağımız önəmlidir. “Şamaxı” ilə biz də, daha öndə olan komandalar da xal itirib. Futbolda həmişə istədiyin və fikirləşdiyin olmur. Komanda sonadək əlindən gələni etməyə çalışırdı. Hakimlər bir az diqqətli olsalar yaxşıdır. Tribunadan əşya atdılar, dördüncü hakim Rasim Ramaldanova qırmızı vərəqə verilməsini deyir. Rəqibləri analiz edirik. Bu üzdən Kristof Atanqanaya şans verməyi düşündük. Konsentrasiyanın aşağı olması hiss edilmir. Təklif tək bizim oyunçulara olmur. Komandamız qarşıdakı matça kökləyirik. Çalışacağıq ki, bu qarşılaşmada istəyimizə çataq və sonra kubok barədə düşünək”.