Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar verilib.
Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VIII turunun “Bakı” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
Oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunur (maddə 82.3). Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 57-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 10 və 59-cu dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının VIII turunun “Simurq” – “Qəbələ” matçının 36-cı dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Əvəzedici heyətlərin VIII turunun “Bakı” – “Sumqayıt” matçında Bakı klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin VIII turunun “Rəvan” – AZAL oyununun 69-cu dəqiqəsində AZAL klubunun 25 №-li futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Matçın 79-cu dəqiqəsində “Rəvan” klubunun 10 №-li futbolçusu Hakim İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin VIII turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 5, “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun III turunun “Turan-T” – “Karvan” matçında “Karvan” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun III turunun “Lokomotiv” – “Neftçala” matçının 78-ci dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun III turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçının 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 15 №-li futbolçusu Vüsal Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun III turunun “Ağsu” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).Oyunun 59-cu dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Qvanzar Məhəmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4). Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun 9 №-li futbolçusu Sərxan Ağayev qeyri-etik hərəkətə görə (dəyişiklik tablosunu ayaqla sındırdığına görə) 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).