Boliviya çempionatında "Unversitatio" və "Oriente Petrolero" qarşılaşmasında matçın baş hakimi meydan sahiblərinin lehinə penalti təyin etdi. Korner.az-ın məlumatına görə, Jose Gabriel Riosun yerinə yetirdiyi penaltini qonaqların qolkiperi Carlos Erwin Arias çıxartsa da, matçın baş hakimi penaltinin yenidən vurulmasını tələb edib. İkinci dəfə penaltini vurmaq üçün ağ xəttə yaxınlaşan Rios bu dəfə də, qapıçını məyus edə bilməyib. Maraqlısı budur ki, hakim yenə zərbənin təkrarlanmasını istəyərkən qəzəblənən qonaq futbolçular 10 dəqiqə oyunun durmasına səbəb oldu. Lakin hakim penaltinin 3-cü dəfə yenidən vurulmasını istədi. Bu dəfə isə penaltini vurmağa Rios deyil digər futbolçu Edgar Escalante yaxınlaşdı. Yenə qapıçı Arias səhnədə idi.