17 yaşadək futbolçulardan ibarət Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində Qazaxıstan və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib:
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, çalışdırıcı bu oyunda daha çox hakim idarəçiliyindən gileylənib: "Əzmkar və baxımlı oyuna görə futbolçularıma təşəkkür edirəm. Qazaxıstan yığmasından üstün oyun nümayiş etdirdik.
Qalib gəlməli olduğumuz qarşılaşmada hakimin birtərəfli oyun idarə etməsi ucbatından heç-heçə etdik. Hakim səbəb olmadan qapımıza penalti təyin etdi. Bundan əlavə, qaydalar çərçivəsində vurulmuş qolumuzu qeydə almadı. Bu turnir uşaqların oyun təcrübəsini artırmaq baxımından əhəmiyyətli idi".