Rusiya çempionatının ən yüksək liqasının “Qərbi Sibir” divizionunda “Kurqan”la görüşdə hakimi vuran “Viraj” klubunun azərbaycanlı üzvü Sərxan Mikayılova sərt cəza verib.
Korner.az-ın məlumatına görə, Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi Azərbaycan millisinin sabiq futzalçısını futbolla bağlı bütün fəaliyyətlərdən 2 il müddətinə diskvalifikasiya edib.
Həmyerlimiz həmçinin 50 min rubl (810 manat) məbləğində cərimələnib.