Hakimi vuran futbolçu cəzalandırıldı
04.03.2022 , 16:00

Region Liqasında mübarizə aparan “Mil”in futbolçusu Kamal Qasımov ağır cəzaya məruz qalıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 14 oyunluq diskvalifikasiya edilib.
Buna futbolçunun “Ağsu Siti” ilə matçdan sonra hakimlər briqadasını təhqir etməsi və referini vurması səbəb olub.
