Hakimi təhqir etdiyinə görə cəzalandırıldı
03.10.2023 , 12:17
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın VIII turunun oyunları ilə bağlı aşağıdakı qərrlar qəbul edilib:
“Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
“Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
“Səbail” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun 7 nömrəli futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
“Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Kəpəz” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
“Araz-Naxçıvan” – “Zirə” oyununun 90+4-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 36.5);