Korner.az-ın məlumatına görə, Azərbaycan I Divizionunun XIX turunun “Şahdağ” – “Tərəqqi” matçının 76-cı dəqiqəsində “Tərəqqi” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
“Şəmkir” – “Energetik” matçının 65-ci dəqiqəsində “Şəmkir” klubunun 9 №-li futbolçusu Anar Rzayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
