Hakimi təhqir edən klub rəsmisi cəzalandırıldı
30.10.2024 , 14:00

AFFA U-15 mübarizə aparan “Asta” komandasının rəsmisi Rüstəm Əliyev 5 oyunluq cəzalandırılıb.
Korner.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
U-15 Liqasının “Şamaxı” ilə oyununda Rüstəm Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir edib. O, qırmızı vərəqə ilə cəzalandırılıb.
İntizam Komitəsi bu gün klub rəsmisinə 5 oyunluq cəza verib.
