Ölkə futbolu

Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

30.03.2021 , 18:16

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az xəbər verir ki, toplantıda I Divizion oyunlarında baş verənlər barədə aşağıdakı qərarlar qəbul olunub:

XIII turun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Kəpəz” – “Qaradağ Lökbatan” matçı oyun öncəsi qonaq komandanın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

XIII turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Sumqayıt-2” oyununda matç bitdikdən sonra meydan sahiblərinin futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalınıb, klub 320 manat cərimələnib.

XIV turun  MOİK – “Kəpəz” oyununda qonaq komandanın futbolçusu Hikmət Vediyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

XIV turun “Neftçi-2” – “Sumqayıt-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

XVIII turun “Kəpəz” – “Keşlə-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Kəpəz” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

XVIII turun “Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gələrkən gecikdiyi üçün meydan sahibi klub 160 manat cərimələnib.

“Turan Tovuz” – “Zaqatala” oyununda qonaq komandanın  ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub.

Son yazılar

Yuxarı