Hakimi itələyən futbolçuya 6 aylıq cəza
06.03.2020 , 13:10

Fransanın “Monako” klubunun futbolçusu Jelson Martinş cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı vinger Fransa çempionatının “Nim”lə matçında (1:3) komanda yoldaşı Time Bakayokoya qırmızı vərəqə göstərən hakim Mikael Lesajı itələdiyi üçün sanksiyaya məruz qalıb.
Federasiya Martinşi 6 ay cəzalandırıb. 24 yaşlı futbolçunun cəzası fevralın fevralın 6-dan hesablanacaq.
