Futbol

Hakimi döyən futbolçuya sərt cəza

06.03.2018 , 10:27

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Energetik” – “Şəmkir”  qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

Meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

Regional Liqanın, “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyev aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.

Son yazılar

Yuxarı