Topaz Premyer Liqasının IX turunda keçirilən “Qarabağ” – “Bakı” qarşılaşmasından sonra insident yaşanıb.
Korner.az-ın məlumatına görə, oyun başa çatdıqdan sonra baş hakim Əliyar Ağayev fiziki təzyiqə məruz qalıb.
Buna səbəb isə Ağayevin ikinci hissənin sonlarında “Bakı”nın qapısına təyin etdiyi şübhəli penalti olub. Bu penalti hesabına "Qarabağ" məğlubiyyətdən qurtulub.
Hakimin kim tərəfindən vurulduğu dəqiq bəlli olmasa da, hazırda araşdırma aparılır.