Hakim Ziyeş rəsmən “Çelsi”də!
13.02.2020 , 20:50

“Çelsi” “Ayaks”ın yarımmüdafiəçisi Hakim Ziyeşi transfer edib.
Korner.az xəbər verir ki, futbolçu yayda London təmsilçisinə qoşulacaq.
“Zadəganlar” 26 yaşlı futbolçunun transferi üçün Amsterdam təmsilçisinə 40 milyon avro təzminat ödəyib.
Futbolçu, 2016-cı ildə “Tvente”dən “Ayaks”a transfer olmuşdur.
