big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

“Hakim yanlış qərar verdi” – Qurban Qurbanov

18.10.2017 , 18:52

Çempionlar Liqası III tur çərçivəsində "Qarabağ" "Atletiko"nu qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda qalib müəyyən olmayıb – 0:0.

Oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

"Bütün futbolçuarımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Oyunun sonlarına yaxın futbolçular olmayan güclərini tapdılar, oynadılar. Azarkeşlərimizə təşəkkür edirəm. Daima bizimlə idi. Jurnalistlərə də təşəkkür edirəm. Çox vacib bir xal qazandıq. Bu futbolçuların motivasiyası üçün, bu turnirin məsuliyyətini hiss etmək baxımından xüsusi rol oynayacaq".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– "Qarabağ" bundan öncəki oyunları niyə belə oynamırdı? Nə çatmırdı?

– Bir işə yeni başlayanda həyəcan çox olur. Bu gün biz bərabərliyə qaldıqsa, bu o demək deyil ki, tam istədiyimiz oyunu oynadıq. Bir neçə qol epizodu verdik. Düşünürəm ki, zamanla daha yaxşı olacaq və təcrübə yığacağıq.

– Dino Ndlovunun qırmızı vərəqə aldığı epizod haqda nə deyə bilərsiniz? Futbolçu ilə danışdınızmı?

– Hakim yanlış qərar verdi. Sarı vərəqə verməsi düzgün deyildi, bundan əvvəl də belə epizod oldu, ancaq hakim susdu. Futbolda belə şeylər olur. Biz komanda olaraq normal qarşıladıq. Oyun epizodudur deyə, Dino ilə bu barədə heç nə danışmadım.

– Bu oyunla xeyli fiziki güc sərf etdiniz. Bərpa prosesi uzun çəkə bilərmi?

– Bəli, futbolçularımız böyük güc itirdilər. Rəqib də bu oyunu bizdən tələb edirdi. Bir daha şahid olduq ki, bu turni doörudan çox fərqlidir. Bərpa üçün vaxt lazım olacaq. Belə sürətli oyuna biz öyrəşməmişik. İl boyu belə matçlar keçirmirik. Oyunçuların çoxu buna dözdüsə, bu məni sevindirir. Əfsuslar olsun ki, qrup mərhələsindəki rəqiblər bizdən güclüdür. Onlar il ərzində 50-60 dəfə belə matç keçirirlər və onlar üçün normal haldır.

– Gerye bu oyuna psixoloji cəhətdən hazır idimi?

– Gerye üçün ağır itkidir. Komanda olaraq onun yanında olduq, çalışdıq ki, işinə tez qayıtsın. Sadəcə iki gün bizlə olmadı. Futbol elə oyundur ki, ağrı acıları unutdurur. Geryeyə ehtiyac yarandı, ondan istifadə etməəyə çalışdıq. Ona təşəkkür edirəm.

– Bədavi Hüseynovun durumu nə yerdədir?

– Həkimlərin dediyi fikir xoş deyil. Sabah MRT müayinəsi olacaq, günün ikinci yarısında daha dəqiq söz demək olar.

– Qırmızı vərəqə ilə bağlı UEFA-ya rəsmi müraciət olacaqmı?

– Bu barədə çox düşünməyəcəyik. Variantımız elə də çox deyil – Ramil Şeydayev və Mahir Mədətov. Daha sonra qərar verəcəyik. Mübahisəli epizodlara baxacağıq. Müraciət etməyi düşünmürəm. Başımızı salıb işimizi görəcəyik. Bir dəfə müraciət etmişdik, nəticə məlumdur. Digər komandalar daha çox rastlaşırlar, onlar inanmıram, şikayət etsin. Ona görə də, ehtiyac yoxdur.

Son yazılar

To Top