TPL XXXII turu çərçivəsində keçirilən və 1:1 hesablı bərabərliklə başa çatan “Qəbələ” – “Qarabağ” matçından sonra oyunun baş hakimi Elvin Əsgərov bəzi epizodlarda səhvə yol verdiyini etiraf edib.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Maksim Medvedyev saytımıza açıqlamasında hakimin səhvini etiraf etdiyini bildirib:
“Matçdan sonra hakimlə danışdıq. O mənə qarşı bəzi epizodlarda səhv qərar verdiyini etiraf etdi. Və bu mənim səhvimdir söylədi. Amma penalti epizodu ilə bağlı heçnə demədi”
