Hakim penalti təyin etmədiyi üçün üzr istədi
02.05.2023 , 10:27
Bundesliqanın 30-cu turunda Dortmund “Borussiya”sı aşağı liqaya yollanan “Bohum”la heç-heçə edib – 1:1.
Korner.az xəbər verir ki, oyunun baş hakimi Saşa Steqemann qarşılaşmada dortmundluların penaltisini təyin etməyib.
Alman hakim matçdan bir neçə gün sonra Bild nəşrinə açıqlamasında Dortmund təmsilçisindən üzr istədiyini və həmin epizoda təkrar baxdığını bildirib:
“Oyunu bir daha izlədim və penaltinin olduğunu aydın gördüm. VAR-ın müdaxiləsi düzgün qərar olardı. Onda demək olar ki, VAR da mənim qədər pisdir”.