Rusiya Premyer Liqa klublarının əvəzediciləri arasında keçirilən oyunda hakim futbolçunu döyüb.
Korner.az-ın məlumatına görə, “Amkar” və “Terek” klubları arasında baş tutan matçda yan xətt hakimi Musa Kadirov gənc futbolçulardan birinə hücum edərək onu döyməyə başlayıb.
Nəticədə 18 yaşlı futbolçunu döyən yan xətt hakimi işindən uzaqlaşdırılıb.
