Küveyt çempionatında “Əl Ərəbi” və “Əl Nasir” klubları arasında keçirilən matçda maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, oyunda penalti nöqtəsini göstərən referi cəzalanan komandanın oyunçularının hücumuna məruz qalıb.
Özünü müdafiə məqsədilə futbolçulara yumruq və təpik vuran matçın hakimi daha sonra həmin oyunçuları meydandan qovub.
