Dünən İspaniya Superkubokun “Barselona” – “Atletiko” qarşılaşmasını idarə edən hakim David Fernandez Arda Turana qırmızı vərəqə verməsinin səbəbini açıqlayıb.
Korner.az-ın məlumatına görə, ispaniyalı hakim türkiyəli futbolçunun bütün qərarlar etiraz elədiyini bildirib:
“Arda bir nömrəli köməkçi hakimə davamlı olaraq etiraz edirdi. Dördüncü hakim Ardanın yanına gələrək sakin olmasını və kyerində oturmasını istədi. Bu xəbərdarlığı nəzərə almayan “Atletiko”lu futbolçu əlindəki plastik su butulkasını hakimin qabağına tullayaraq etirazına davam etdi .Bu səbəbdən Arda qırmızı vərəqə aldı“
