Hakimə yumruq atan klub prezidenti saxlanıldı
12.12.2023 , 11:04
Ötən gün Türkiyə Superliqasının növbəti turunda keçirilən “Ankaragücü” – “Rizespor” matçından sonra birincilərin prezidenti Faruk Koca saxlanılıb.
Korner.az-ın məlumatına görə, FİFA referisi Halil Umut Melerə müxtəlif zərbələr endirən klub başçısı və daha iki nəfər saxlanılaraq ədliyyəyə aparılıb.
Məsələylə bağlı araşdırma başlanılıb və gün ərzində ictimaiyyətə açıqlama veriləcəyi bildirilir.