Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 1-də veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununda iştirak etmək üçün Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı, həmçinin məşhur futbol veteranları Hakan Şükür və Rüştü Rəcbər Bakıya gəliblər.
Korner.az-ın məlumatına görə, Hakanla Rüştü sabah saat 20:00-da “Bayıl Arena”da azərbaycanlı veteranla matçda meydana çıxacaq.
