“Qalatasaray”ın “kral” ləqəbli futbolçusu Hakan Şükür oynadığı 824 matçda 364 qol ataraq Avropada bir çox ulduzu geridə qoyub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o vurduğu qollarla Avropada 3-cü ən qolçu futbolçudur.
Birinci yerdə 377 qolla Herd Müller, ikinci yerdə isə 374 qolla Kriştianu Ronaldo yer alıb.
