Köhnə müəllimi Əkrəm Karaberberoğlunun cənazəsinə qatılan veteran futbolçu, millət vəkili Hakan Şükür bir vətəndaş tərəfindən etirazla qarşılanıb.
Korner.az-ın məlumatına görə, cənazə namazından sonra məsciddən getmək istəyən Hakan Şükürə bir vətəndaş yaxınlaşaraq, “Baş nazirimizə xəyanət etdin. Sakaryamıza da xəyanət etdin. Mən ölkəmi sevirəm” deyib.
Etiraza qarşılıq verən Şükür vətəndaşa “Sən nə bilirsən ki, sevirsən?” deyib. Bundan sonra həmin vətəndaş cənazə yerindən uzaqlaşdırılıb.
