Hakan Keleş getdi, İrfan Buz Gəldi
04.05.2023 , 11:04

Hakan Keleşlə yollarını ayıran “Giresunspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər berir ki, Super Liqa klubunu İrfan Buz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Məşqçilik karyerasına 2009-cu ildə başlayan İrfan Buz “Bursaspor”, “Gənclerbirliği”, “Yeni Malatyaspor”, “Osmanlıspor”, “Samsunspor” və “Kasımpaşa” kimi komandalara rəhbərlik edib.
