Hakan “İnter”dən ayrılır?
24.06.2025 , 23:30

“İnter”in futbolçusu Hakan Çalhanoğlu “Qalatasaray”a keçə bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, tərəflər arasında danışıqların baş tutduğu bildirilib.
İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçiyə illik 10 milyon avro maaş təklif edib.
Təcrübəli oyunçu 2021-ci ildən İtaliya klubunda forma geyinir.
