Hakan Çalhanoğlu Türkiyə klubuna keçir?
14.06.2025 , 11:30

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Türkiyə klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, futbolçu ilə “Qalatasaray”ın yaxından maraqlandığı bildirilib.
İstanbul təmsilçisi 31 yaşlı oyunçunu transferində istəklidir.
Hakanın “İnter”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
O, son mövsümdə 47 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
