“Bayer Leverkuzen”də forma geyən Türkiyə milli komandasının üzvü Hakan Çalhanoğlu ilə Premyer Liqa təmsilçiləri yaxından maraqlanır
Korner.az-ın məlumatına görə, ada mətbuatında Çalhanoğlu barədə yeni iddialar yayılıb. İddialara əsasən, “Çelsi” klubu futbolçunu heyətinə qatmaq üçün çalışır.
“Zadəganlar”ın baş məşqçisi Konte Hakan üçün 17 milyon funt-sterlinqə qədər təklif göndərilməsini istəyib.
