Hakan Çalhanoğlu “İnter”də qalır – Özü açıqladı
07.06.2023 , 14:36

“İnter”in futbolçusu Hakan Çalhanoğlu klubu ilə yeni müqavilə imzalayacağını bildirib.
Korner.az xəbər verir ki, o, bu barədə İtaliya mətbuatına açıqlamasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bəli, müqaviləmi uzadacağam. Artıq razılığa gəlmişik. Burada xoşbəxtəm. Burdan da ayrılmağı düşünmürəm. Karyeram boyu ən yüksək səviyyədə oynamağa çalışacam. Bu, mənim ilk hədəfimdir. Təbii ki, zədə olmasa. Ümid edirəm ki, olmaz. Dediyim kimi, müqaviləm bəllidir. Yaxın günlərdə imzalayacağam”, – deyə futbolçu bildirib.
Mina Musayeva
