Son turlar Almaniya Bundesliqasında vurduğu qollarla diqqətləri üzərinə çəkən Hakan Çalhanoğlu İngiltərədən təklif alıb.
Korner.az-ın məlumatına görə, Londonun “Çelsi” klubu türkiyəli futbolçunu transfer etməyi planlaşdırır.
Əsasən universallığı ilə seçilən 20 yaşlı futbolçunun “Hamburq”la 2018-ci ilə qədər müqaviləsi var. Lakin “Çelsi”nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdən Çalhanoğlunu komandasında görmək istəyir. “Zadəganlar” gənc futbolçunun keçidi üçün qarşı tərəfə 10 milyon avro təklif edib.
Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm keçirdiyi 28 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
