Hakan Çalhanoğlu ən yaxşılar arasında
23.02.2023 , 12:25

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinin ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Korner.az xəbər verir ki, İrvinq Lozano (“Napoli”), Vinisius Junior (“Real”), Hakan Çalhanoğlu (“İnter”) və Riyad Mahrez(“Mançester Siti”) bu ada namizədlərdir.
Mükafatın sahibi UEFA-nın saytında azarkeşlər tərəfindən veriləcək səsvermə nəticəsində müəyyənləşəcək.
