big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Hafka”nın “Lans”a borcunu dövlət ödədi

19.03.2015 , 16:16

Azərbaycanlı oliqarx Hafiz Məmmədova məxsus Fransa futbol klubu “Lans” 2014-cü ilin sonunda Azərbaycan dövlətindən iri həcmdə maliyyə yardımı alıb.

Korner.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə fransız senator, Fransa-Qafqaz Parlamentlərarası Dostluq Qrupunun prezidenti Andre Rişar “France 3” telekanalına müsahibəsində deyib.

Senator bildirib ki, kluba cəmi 10 milyon avro maliyyə yardımı edilib.

“Əvvəlcə 7 milyon avro, sonra 3 milyon avro verildi. Bu, sırf xeyriyyəçilik idi. Lakin indi belə kömək mümkün deyil. Azərbaycan hakimiyyəti ümid edir ki, sırf özəl iş xarakteri daşıyan bu məsələnin başqa həll yolu tapılacaq” – deyə senator bildirib.

Bundan əvvəl “Lans” klubunun prezidenti Jerve Martel bildirmişdi ki, klub cəmi 4 milyon avro yardım alıb – 1,5 milyon avronu oktyabr ayında, 2,5 milyon avronu isə dekabrda (söhbət 2014-cü ildən gedir-red.).

Üstəlik Jerve Martel bildirmişdi ki, həmin 2,5 milyon avronu Hafiz Məmmədovun əvəzindən kluba digər azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov borc şəklində ödəyib. Əgər H.Məmmədov 2,5 milyon avronu dekabrın sonuna qədər A.Məmmədova qaytarmasa, “Lans”ın səhmlərinin mülkiyyət hüququ nazir oğluna keçəcək.

Lakin “Hafka” həmin vaxt sensasion bəyanatla çıxış edərək bildirdi ki, kluba 2,5 milyon avronun borc kimi köçürülməsinə dair sənəddə onun imzası saxtadır və heç vaxt “Lans”ın səhmlərinin başqa investora verilməsinə dair öhdəliyə imza atmayıb.

Bundan sonra “Lans” ətrafında vəziyyət daha da qarışdı, qoyulan müddət başa çatsa da klubun səhmlərinin A.Məmmədova keçməsi baş vermədi.

Bu yaxınlarda isə “Hafka” yeni bəyanatlarla çıxış edərək azərbaycanlı milyarder Mübariz Mənsimovu ona olan borcunu ödəməyə çağırmışdı. H.Məmmədov deyib ki, bu pullar “Lans”ın büdcəsini formalaşdırmaq üçün kritik əhəmiyyət kəsb edir.

Virtualaz.org saytına məlum olub ki, H.Məmmədov “Falcon” tipli təyyarəsini M.Mənsimova satıb, sövdələşməyə əsasən Mənsimov H.Məmmədovun 5 milyon dollarlıq kreditini, üstəgəl bu kreditə olan 4 milyon dollar faiz borcunu bağlamalı idi. Lakin Mənsimov pulları hələ də ödəməyib.

Son yazılar

To Top