big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Hafiz Məmmədov Foqtsu “daş”a tutub, “Bakı”nın zəif nəticələrindən danışdı

30.04.2013 , 05:28

 

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Azərbaycanda səfərdə olan "Atletiko" Madrid nümayəndə heyyətinin şərəfinə verilən ziyafət zamanı yerli jurnalistlərin suallarını cavablandırıb. 
 
Korner.az-ın məlumatına görə, "zolağlılar"ın başçısı milli komandanın baş məşqçisi Berti Foqtsun bəzi qərarlarını başa düşmədiyini də bildirib: 
 
 "Bu layihə üzərində işlərə yay aylarında başladıq. Nəticəsini bu gün görürsünüz, "Atletiko" Madrid  bizimlə birlikdədir. 
 
 Sabah çox maraqlı bir qarşılaşma olacağını düşünürəm. Fürsətdən istifadə edib, hamınızı stadiona – bu möhtəşəm oyuna canlı baxmağa dəvət edirəm. Əminəm ki, bu oyun bütün Azərbaycan futbolu üçün faydalı olacaq.
 
 Oyun vaxtına az saatlar qalsa da, hələ ki, həllini tapmamış məsələlər var. Məsələn, "Atletiko"ya qarşı kimin oynayacağı hələ də tam təsdiq olunmayıb. Berti Foqts çox hörmət etdiyimiz bir adamdır, ancaq onun bəzi fikirləri  mənim üçün qaranlıq qaldı. Onun bəzi sözlərini qəbul etmirəm. "Atletiko"ya qarşı oyun bizim futbolçular üçün əvəzolunmaz bir məktəb olardı. Millimiz Almaniyanın tanınmayan bir klubu ilə oynaya bilir, amma "Atletiko" ilə yox? Berti Foqts mütəxəssisdir, amma bu fikirləri onunla bölüşmürəm.
 
 Sabahkı oyun siyasətin bir parçasıdır. Ölkə başçısı, möhtərəm prezident İlham Əliyevin apardığı siyasətin bir hissəsi olaraq futbolda belə layihələr reallaşdırırırıq.  Bu oyunun idman nəticəsi önəmli deyil. İspan qonaqlar Bakıda gördüklərindən yaxşı mənada təəəccüblənirlər.
 
 Qarşılaşmanın tarixi barədə müxtəlif təkliflər var idi. Biz 30 aprel gününə üstünlük verdik. Klubumuz və futbolçularımızla birlikdə bu oyunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edirik.
 
 "Bakı'nın cari mövsüm zəif nəticələr göstərməsinə normal yanaşıram, bu faciə deyil. Klubumuzda uşaq futbolu sahəsində böyük işlər aparılır. "Atletiko" ilə əməkdaşlığa start verilib, sırada daha bir köklü Avropa klubu var. "yaxın zamanlarda Fransanın "Lans" klubu ilə işbirliyi barədə anlaşma imzalanacaq.
 
 Biz "Atletiko"nun illərin sınağını keçmiş effektli sistemini klubumuzda tətbiq etməyə hazırlaşırıq. Əminəm ki, Madrid klubununun sistemi "Bakı"nı çox irəli aparacaq.

Son yazılar

To Top