“Bakı” klubunun prezidenti Hafiz Məmmədov yenidən “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçilib.
Korner.az-ın məlumatına görə, bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.
Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov yenidən “Bank Technique”in Audit Komitəsinin sədri vəzifəsinə qayıdıb.
“Bank of Azerbaijan”ın İdarə Heyətinin rəhbərliyində isə dəyişiklik yoxdur. Əvvəllər olduğu kimi Məhəmmədəli Aslanov bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.
