“Bakı”nın prezidenti Hafiz Məmmədov 9 iyul 2014-cü il tarixində çıxan xəbərlərlə bağlı məlumat verib.
Korner.az saytı həmin açıqlamanı sizə təqdim edir: “Azərbaycanda bəzi media nümayəndələri tərəfindən həbs olunmağım barəsində xəbərlər yayılıb hansı ki, bu xəbər Dövlət Sərhəd Qüvvələri tərəfindən rədd edilib. Bu tip əsassız xəbərlər mənim holdinq və öhdəliklərim üzərində şübhə yaratmaqdan başqa məqsədə xidmət etmir. Bu yalan və iftira dolu xəbərlər mənə və ailəmə zərər vermək məqsədilə yazılmışdır . Bu şaiyələrin heçbir əsası yoxdur və onu yayan şəxslər üçün tezliklə bütün lazımi hüquqi tədbirlər görüləcək”.
