“Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandı və hazırda Londondayam. Burada müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur oliqarx Hafiz Məmmədov deyib.
“Bakı”nın prezidenti onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.
“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”- deyə oliqarx bildirib.
Xatırladaq ki, bu gün bəzi KİV-lər Hafiz Məmmədovun adının da “oliqarxların işi”ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.
