“Bakı” klubunun rəsmi jurnalı olan “Toplu Bakı”nın növbəti sayı işıq üzü görüb. Korner.az-ın məlumatına görə, jurnalın budəfəki sayında klubun prezidenti Hafiz Məmmədov Premyer Liqada yeni mövsümün start götürməsi ilə bağlı futbolsevərləri təbrik edib:
“Bir aya yaxındır ki, Azərbaycan Premyer Liqası start götürüb. Fürsətdən istifadə edib, gec də olsa, bu münasibətlə bütün futbolsevərləri təbrik edirəm. Çox təəssüf ki, çempionat oyunları telekanallar vasitəsilə yayımlanmır. Bu problemin tezliklə həll olunacağına, izləyicilərin futbolsuz qalmayacağına ümid edirəm”.
