Fransanın “Lans” klubu rəsmi internet saytında Hafiz Məmmədovun Lansa səfəri zamanı lentə alınmış görüntülərdən hazırladığı videomaterial yerləşdirib.
Korner.az-ın məlumatına görə, material Hafiz Məmmədovun Luvr qalereyasını ziyarəti ilə başlayır. Ardından “Lans” klubunun prezidenti Jerve Martelle “Feliks Bollar” stadionunda gəzişməsi, Fransa 2-ci liqasının “Lans”-“Şatoru” oyununu izləyən anları yer alır.
Videoda “Lans”ın qələbəsini alqışlayan Hafiz Məmmədov komandanın soyunub-geyinmə otağına gələrək, futbolçuları qələbə münasibə ilə təbrik edir və “9 milyonluq Azərbaycan xalqı sizi sevir və dəstəkləyir” sözləri ilə davam edir.
Qısa süjetdə klubumuzun prezidentinin 2 həftə ərzində Lansda təlim-məşq toplantısı keçirən “Bakı”nın U-15 komandasının gənc futbolçuları ilə görüşü də öz əksini tapıb.
