Qış transfer "pəncərəsi"nin açılmasının ardından trasnfer çalışmalarını davam etdirən "Bakı" milli komandamızın iki üzvü Rauf Əliyev və qapıçı Kamran Ağayevlə münasibətlərini rəsmiləşdirmək üzrədi.
Korner.az-ın məlumatına görə, paytaxt klubunun prezidenti Hafiz Məmmədov hər iki futbolçunun keçidinə razılıq verib.
Rauf Əliyev və Kamran Ağayevlə müqavilə imzalanandan sonra onlar Antalyaya yollanacaqlar və komandanın hazırlıqlarına qatılacaqlar.
