Xəbər verdiyimiz kimi, “Golden Foot” mükafatının sponsoru “Land of Fire Azerbaijan” olub.
Korner.az-ın məlumatına görə, Monakoda keçirilən qala-gecədə “Bakı”nın prezidenti Hafiz Məmmədov da iştirak edib. Həmçinin “Lans”ın prezidenti Jerve Martel, Monako knyazı 2-ci Albert, əfsanəvi futbolçular Jan Pyer-Papen, Karlos Valderrama və Osvaldo Ardiles təqdimetmə mərasiminə qatılıb.
Qala-gecədən sonra Hafiz Məmmədov “Golden Foot”un qalibi Didye Droqba ilə görüşərək futbolçunu təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
