“Hafiz Məmmədov “Bakı”da mənim prezidentim idi. Futbolun inkişafı üçün əlindən gələn edən iddialı bir insandır. Onun çoxlu pulu və təcrübəsi var. Eyni zamanda çox məsuliyyətli insandır”.
Korner.az-ın məlumatına görə, bu sözləri Fransanın “Lans”ın və “Bakı”nın sabiq futbolçusu Nenad Kovaçeviç deyib.
Fransa mətbuatına danışan sabiq “Bakı”lı H.Məmmədov haqda daha sonra bunları deyib:
“Düzü, Hafiz Məmmədovu çox görməmişəm. Çünki biznesinə görə tez-tez səfərlərdə olur. Onunla işbirliyindən məmnun idim. Hafiz Məmmədov haqda hamı yaxşı danışır. O, futboldan ölkəsini tanıtmaq naminə istifadə edir”.