“Haddersfild” Premyer Liqanı tərk etdi
31.03.2019 , 13:25

İngiltərə Premyer Liqasını tərk edəcək 3 klubdan biri müəyyənləşib.
Ötən gün Premyer Liqada “Kristal Palas” klubunun qonağı olan “Haddersfild” səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətlə “Haddersfild” Premyer Liqanı tərk edən ilk klub kimi təsdiqlənib. Klub yeni mövsümdən etibarən, Çempionşipdə mübarizə aparacaq.
Qeyd edək ki, “Haddersfild” 14 xalla sonuncu pillədə qərarlaşıb.
