"Həm Bolqarıstanda, həm də Azərbaycanda işlədiyimdən hər iki klubu yaxından tanıyıram. Təbii, MOİK-in beynəlxalq oyun təcrübəsi daha çoxdur. Lakin düşünürəm ki, onlar üçün “Bakı”ya qarşı oynamaq çox çətin olacaq. Kağız üzərində MOİK favorit sayıla bilər. Ancaq dediyim kimi, bu, yalnız kağız üzərində ola bilər".
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun sabiq baş məşqçisi Qyoko Haciyevski Bolqarıstan mətbuatına müsahibəsində deyib.
Çalışdırıcı "zolaqlılar"ın "Mura" ilə oynunu da dəyərləndirib:
"Məncə, “Bakı” heç bir çətinlik çəkməməlidir. Çünki iddiasına, heyətinə və büddcəsinə görə, rəqibindən qat-qat üstündür".
