"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Simurq" üzərindəki qələbəni (2:0) şərh edib.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın çalışdırıcısı qələbə ilə bağlı bunları deyib:
"Çox maraqlı oyun oldu. Rəqib oyun boyu qapımızda yüz faizlik epizod yarada bilmədi. İkinci hissədə üç real qol imkanından yararlana bilmədik. Üç xalı əldə etdik. Azərbaycanda “Neftçi”yə rəqib ancaq “Neftçi” özüdür”.
