Premyer Liqanın XX turunun “İnter”lə oyunundan öncə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı təşkil edəcək.
Korner.az-ın məlumatına görə, bu, Azərbaycan çempionatı tarixində ilk olacaq. Təcrübəli çalışdırıcı fevralın 22-də, saat 15:30-da jurnalistlərin qarşısına çıxacaq.
Mətbuat konfransında Hacıyevlə yanaşı, Rəşad Sadiqov və Flavinyonun da iştirakı gözlənilir. Saat 16:00-da isə komandanın “Bakcell Arena”da açıq məşqi keçiriləcək.
“Neftçi” – “İnter” matçı fevralın 23-də keçiriləcək və saat 17:00-da başlayacaq.