Ölkə futbolu

Hacıyev “Neftçi”yə qayıtdı

23.06.2022 , 11:42

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb.

Korner.az xəbər verir ki, 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

O, “Neftçi”də 17 nömrəli formanı geyinəcək.

Klubla 2023/2024 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”ninheyətində 166 oyuna çıxıb, 16 qol vurub.

Son yazılar

Yuxarı