“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Rəvan”la oyundan sonra açıqlama verib.
Korner.az Hacıyevin açıqlamasını sizə təqdim edir:
“Gərgin oyun olmadı. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik, xüsusilə də, Cavid İmamverdiyev 2-3 yüzfaizlik epizoddan istifadə edə bilmədi. Allah Cavidin papağını uca etsin. Bir şeyi unutmayaq ki, kubok iki oyundan ibarətdir. Ayın 24-ü bütün məsələlərə aydınlıq gətirəcəyik. Bir onu deyə bilərəm ki, “Rəvan” üçün asan oyun olmayacaq. Cavab oyununda lazım gəlsə, 5 hücumçu oynadacam. “Rəvan” səddini keçməmək bizim üçün böyük faciə sayılacaq. Hiss edirəm ki, komandada fiziki çatışmazlıqlar var. Bundan əvvəl “Neftçi” 90 dəqiqəni hücumda keçirirdi. Oyunun sonlarında durğunluq yorğunçuluqdan yox, arxaynlaşmaqdan irəli gəlir. Bugünki oyunda Nforun ağrıları var idi, amma başqa hücumçumuz olmadığı üçün onu oynatdıq. “Rəvan” klubu Rauf Cabbarovun bu oyuna təyin almasına qarşı çıxırdı. Amma bugün “Rəvan” üçün pis idarəçilik etmədi. Bizim yüz faizlik penaltimiz verilmədi”
