Bakı şəhərinin meri Hacıbala Abutalıbov dünya çempionatı barədə danışıb.
Korner.az-ın məlumatna görə, anspress.com-açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bunları bildirib.
“Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram. İşlə əlaqədar dövlət tədbirləri və sair olmadığı təqdirdə dünya çempionatının bütün oyunları izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, “Qarabağ”ı sevirəm, sonda isə “Neftçi”ni sevirəm. Bəli, bu komandalar mənim favoritimdir. “Dinamo Kiyev” də həmçinin. Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna imkan verməyəcəyini düşünürəm”.